“The First 2013” mükafatlandırma mərasiminin tarixi bəlli olub

“The First 2013” mükafatlandırma mərasiminin tarixi bəlli olub

25 İyul 2013 12:25
Bəyəndim (0) Bəyənmədim (0)

"The First 2013" mükafatlandırma mərasiminin tarixi bəlli olub. Bu barədə Axşam.az-a "Xeyal production"nın rəhbəri Xəyal Rza məlumat verib. Onun sözlərinə görə, mərasimə Türkiyənin tanınmış simaları qatılacaq. Məşhur "Kaybolan yıllar" serialının Əsmər baş rolunun ifaçısı Saruhan Hunel və bacısı - tanınmış müğənni Aslı Hunelin tədbirdə iştirak edəcəyi bildirilib. Mükafatlandırmanın sürpriz qonaqları sırasında "O Səs Türkiyə"nin qaliblərindən olan Ayda Mooşarrafın iştirakı da gözlənilir. Qeyd edək ki, ötən illərdə keçirilən "The first mukafatı"ına Türkiyədən şoumen Bəyaz (Beyazıt Öztürk), aktyor Erkan Petekkaya, müğənni Serenay Sarıkaya, Söner Sarıkabadayı, Selami Şahin kimi populyar simalar qatılıb.

O.M.