
Xəbər yalan çıxdı
Tanınmış teleaparıcı İlham Mirzəyevin bıçaqlanması xəbəri yalan çıxdı. Bu barədə "Qafqazinfo"ya İlham Mirzəyevin prodüsseri məlumat verib.
O, sözügedən informasiyanın yalan olduğunu qeyd edib:"Bu yalan məlumatdır. İlham müəllim Bakıdadır, sağ-salamatdır. Bu gün axşam da "Space" kanalında yayımlanan verilişinin çəkilişində olacaq".
Qeyd edək ki, bu gün AzNews.az saytı teleaparıcının Türkiyədə bıçaqlandığı barədə məlumat yayıb.
O.M.
Digər xəbərlər