
Günel Zeynalova toya hazırlaşır
Müğənni xeyir işlə bağlı açıqlama verdi
Türkiyədə yaşayıb-çalışan Azəri qızı Günelin toya hazırlaşdığı xəbəri gündəmə gəlib. Hətta müğənninin gəlinlik libasında şəkilləri belə sosial şəbəkələrdə öz yerini tapıb. Bu məsələyə aydınlıq gətirməkdən ötrü Günel Zeynalova ilə əlaqə saxladıq. "Hələlik mənim yox. qohumumun toyudur. Allah nə zaman qismət etsə, o zaman da toyumuzu edəcəyik. Deyim ki, hazırlaşırıq yavaş-yavaş", - deyə Oxumeni.az-a bildirən Günel ilk xəbəri məhz media işçiləri ilə paylaşacağını da əlavə etdi.
Xatırladaq ki, G.Zeynalova İnanc Başəyməzlə üç ildir ki, nişanlıdır. Onlar eyni orta məktəbdə təhsil alıblar və 2011-ci ilin iyun ayından nişanlıdırlar.
Allah xoşbəxt eləsin!
Hazırladı: Könül Aypara
Digər xəbərlər