Türkiyənin parlayan ulduzu Bakını fəth etməyə hazırlaşır

Türkiyənin parlayan ulduzu Bakını fəth etməyə hazırlaşır

23 İyul 2013 12:59
Bəyəndim (0) Bəyənmədim (0)

Paytaxt Bakıda yerləşən "Otto" klubda 1 günlük konsert proqramı ilə çıxış etməyə hazırlaşan Türkiyənin populyar müğənni Mehmet Erdem İstanbuldan azərbaycanlı pərəstişkarlarına səslənərək onları konsertində görmək arzusunda olduğunu deyib. Qeyd edək ki, müğənni Bakıya konsert günü – iyul ayının 27-si səhər saatlarında təşrif buyuracaq. Müğənni onun üçün tərtib edilmiş proqrama uyğun olaraq istirahət etdikdən sonra həmin gün ilk öncə Space FM-in qonağı olacaq. Günorta saatlarında kanalın TV efirində yayımlanan verilişlərin birində qonaq olacaq. Ardından sənətçinin bir neçə saatlıq paytaxt turu gerçəkləşəcək. Erdem təşkilatçılar və özü ilə gələn yaradıcı heyəti ilə birgə Bakının müxtəlif yerlərini gəzəcək və tanışlıq gəzintisi keçirəcək. Bu barədə Simsar.az-a konsertin təşkilatçılarından olan tanınmış teleaparıcı İlhan Özbay məlumat verib. Özbayın məlumatına görə, türkiyəli qonağın Azərbaycanda qalmağı bir neçə gün uzanarsa, onu ölkəmizin səfalı guşələrindən birinə istirahətə də götürəcəklər. Çünki Azərbaycan Mehmet Erdemin diqqətini çəkən ölkələr sırasında birincilərdəndir.

İlhan Özbay və Nuri Yaradılmış Türkün təşkilatçılığı, "Arcelik", "Arnika", "Sultanahmet köftecisi", "Otto"nun sponsorluğu, Space TV-Radio və www.simsar.az saytının informasiya dəstəyi ilə 27 iyul saat 22.00-da başlayacaq konsertə biletin qiyməti 30 manatdır.
Bilet əldə etmək istəyənlər (070) 585 01 55 və (055) 518 10 71 mobil nömrələrinə müraciət edə bilərlər.

O.M.