Mətbuat nümayəndələri Mərdəkan çimərliyində mükafatlandırıldı

Mətbuat nümayəndələri Mərdəkan çimərliyində mükafatlandırıldı

20 İyul 2013 17:57
Bəyəndim (0) Bəyənmədim (0)
Əməkdaşımız Şəlalə Nəriman da “Peşəkar Jurnalist” nominasiyasına layiq görüldü

Hər il Azərbaycan Milli Mətbuat Günündə jurnalistlər üçün ziyafət təşkil edən təşkilatçı-jurnalist Zümrüd Güləliqızı bu il də eyni missiyanı həyata keçirib.

Oxumeni.az -ın məlumatına görə, Azərbaycan Milli Mətbuatının yaranmasının 138 ili münasibətilə "Zümrüd-M" prodüser mərkəzi KİV-də öz nüfuz və bacarıqları ilə fərqlənməyə müvəffəq olan bir qrup media nümayəndələrini nominasiyalarla təltif edib. Jurnalistlər Fuad Mədətov, Xanım Əliyeva, Ayəndə Dadaşova, Zülfiyyə Qurbanova, Afət Rahilqızı, Ümidə Həsənli, Leyla Mustafayeva, Türkan Məmmədli, Elşad Ümid, Aygül Rzayeva, o cümlədən, tanınmış fotoqraf Şahin Yüksəl Sərkərov da mükafata layiq görülüblər.
Tədbirdə iştirak edən xalq artisti Zümrüd Məmmədova, müğənnilər Yaqut Nəriman, Arif Səlimov, Sevinc Ağaşirinova, Nicat Əlibəyli, klarnet ifaçısı Zahid Qubadlı və başqa mədəniyyət və incəsənət nümayəndələri də mükafatlandırılıblar. Muztv Visiontv.az mükafata layiq görülüb
Tədbir Mərdəkanda yerləşən "Tropikanka" istirahət mərkəzində keçirilib. İstirahət mərkəzinin rəhbəri, tanınmış prodüser-təşkilatçı Kamal Cenk İçtən və Gökhan Göktürk də fəxri diplomla təltif olunublar.
Tədbirin sponsorları "Bakcell", "Nərgiz" Klinikası və "Piramida" reklam şirkətləri olub.
Qeyd edək ki, Oxumeni.az xəbər portalının mədəniyyət şöbəsinin müdiri Şəlalə Nəriman da 2013-cü ilin "Peşəkar Jurnalist" nominasiyasına layiq görülüb.

O.M.