Brüs Linin ölümündən 40 il ötür

Brüs Linin ölümündən 40 il ötür

20 İyul 2013 14:18
Bəyəndim (0) Bəyənmədim (0)

Honq-Konqda kino ulduzu və döyüş incəsənətinin ustası Brüs Linin ölümünün 40-cı ildönümü qeyd edilir. Bu münasibətlə muxtar regionun hökuməti Brüs Linin xatirəsinə sərgi təşkil edib. Sərgidə Brüs Linin şəxsi əşyalarından ibarət 600-dən çox eksponat nümayiş olunur. Kolleksiyaya şəxsi əşyalarla yanaşı, Brüs Linin ailə şəkilləri və çəkildiyi "Ölüm oyunu" adlı son filmdə geyindiyi idman kostyumu da sərgiyə çıxarılıb.Brüs Linin pərəstişkarları isə bu sərginin müvəqqəti xarakter daşımasından narazıdırlar. Onların fikrincə, Honq-Konq muzeylərində döyüş sənəti ustasının həyatına həsr edilmiş daimi eksponatlar sərgilənməlidir.Qeyd edək ki, Brüs Li 32 illik həyatında 36 filmdə rol almış və bu filmlərin əksəriyyətində inanılmaz döyüş fəndlərini nümayiş etdirmişdi.

O.M.