"Star-2013” mükafatının təqdim olunma mərasiminin tarixi bəlli oldu

"Star-2013” mükafatının təqdim olunma mərasiminin tarixi bəlli oldu

20 İyul 2013 09:34
Bəyəndim (0) Bəyənmədim (0)

"Star-2013" mükafatının təqdim olunma mərasiminin tarixi bəlli oldu. Təşkilat komitəsindən verilən məlumata görə, 29 iyul tarixində "Kral Rent A Car"-in sponsorluğu ilə keçirillən təqdim etmə mərasimində mükafata layiq görülmüş namizədlər öz mükafatların götürəcəklər.
Qeyd edək ki, sorğular sosial şəbəkələrdə və elektron poçt ünvanı vasitəsi ilə virtual formada həyata keçirilir.Sorğular hələ 25 iyul tarixinə kimi davam edəcək.

Mükafatın təqdim olunmasında məqsəd 2013-cü ildə yeni-yeni layihələrlə öz pərəstişkarlarını sevindirənləri, hit mahnıların müəlliflərini, istedadı ilə digər həmkarlarından üstün olan aparıcıları digər həmkarlarından fərqləndirməkdir. Mükafat şou-biznes nümayəndələrinə, TV və radionun maqazin verilişlərinə, verilişlərin aparıcılarına, klipmeykerlərə, prodüserlərə, qəzet və internet portallarına və onların yazarlarına, model ve modelyerlərə, rəqqas və rəqqasələrə təqdim olunacaq.

Qeyd edək ki, sorğularda iştirak etmək üçün "Facebook" sosial şəbəkəsində yaradılan "Star 2013" səhifəsinə və [email protected] e-poçt ünvanına namizədlərin adlarını yazmaqla qoşulmaq olaq olar.

O.M.