Rəqsanə saçlarını dəyişmək üçün Moskvaya uçdu

Rəqsanə saçlarını dəyişmək üçün Moskvaya uçdu

18 İyul 2013 09:44
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən gün Türkiyədən Moskvaya yola düşən müğənni Rəqsanənin səfəri qısa sürəcək. İyulun 25-də yenidən Türkiyəyə qayıdacaq sənətçi, Bakı səfərini bu ay üçün təxirə saldı. Səbəb çəkiliş heyətinin klip çəkilişinə başlamasıdır. Tanınmış rejissor Murat Kücüyün ekranlaşdıracağı klipdə Rəqsanə xanım dəyişən obrazla görünəcək. Moskvaya da saçlarını dəyişmək məqsədi və ailəsinə baş çəkmək üçün gedən sənətçi, qayıdarkən özünə lazım olacaq ləvazimatları da Türkiyəyə daşıyacaq. R.İsmayılova Türkiyədə başladığı sənət karyerasının uğurla davam etməsi üçün hər bir detalla diqqətlə yanaşdığını bildirib.

Onun Bakı səfəri isə avqusta nəzərdə tutulub. Sənətçi Ramazan ayında xeyriyyə tədbiri keçirməyə niyyətlidir. Bunu ardınca qızı Aysunu möhtəşəm moda sərgisi başlayacaq.

O.M.