Meryem Uzerli yeni sezon üçün geri dönür...

Meryem Uzerli yeni sezon üçün geri dönür...

15 İyul 2013 21:59
Bəyəndim (0) Bəyənmədim (0)
O, hansı şirkətlə işbirliyi quracaq?

2.5 il çalışdığı "Muhteşem Yüzyıl"ı tərk edib, "tükənmişlik sindromu"na yaxalanan Meryem Uzerli geri dönür. Oxumeni.az xəbər verir ki, yeni yayım dönəmi üçün istehsalçı şirkətlər aktrisa ilə birbaşa əlaqə quraraq, onu razı salmağa çalışırlar. Aktrisanın ən böyük şərti isə hər bölüm başına veriləcək qonorarın 25 min avro olmasıdır. Digər tərəfdən isə o, çalışacağı şirkətlə həftədə cəmi dörd gün işləyəcəyini bildirib. Şərtlər arasında 20 bölümdən artıq müddətdə eyni serialda çəkilməmək də var.Onu da qeyd edək ki, aktrisa "Facebook"dakı şəxsi profilində bunları yazıb: "Ən yaxın zamanda sizlərlə olacam!"

Xatırladaq ki, Meryem sevgilisi Can Ateş ilə yayın dadını çıxartmaq üçün Türkiyəyə tətilə gəlir.

Günel Həbib

O.M.