Qonorarını 500 minə yüksəltdi

Qonorarını 500 minə yüksəltdi

15 İyul 2013 14:19
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən ay iş adamı Maloç Süalpla evlənən "Kuzey-Güney"in Banusu - Bade İşçil ərinin təkidi ilə bundan sonra seriallara yox, film və reklam çarxlarına çəkiləcək. Məhz elə bu səbəbdən də aktrisa ona gələn reklam filmlərini yaxşıca nəzərdən keçirib, sonda birinin üzərində dayandı. Bade son reklam filmindən - marqarinin reklamından 200 min lirə (təxminən 100 min manat) qazanmışdısa, evləndikdən sonra qonorarını ikiyə qatladı. O, cild baxım firmasının yeni üzü oldu. Və bu "əziyyətinin" bəhrəsi isə 500 min lirə (təxminən 250 min manat) təşkil etdi.

Günel Həbib

O.M.