Namiq Qaraçuxurlu toyuna hazırlaşır

Namiq Qaraçuxurlu toyuna hazırlaşır

15 İyul 2013 11:59
Bəyəndim (0) Bəyənmədim (0)

Meyxanaçı Namiq Qaraçuxurlu nişanlısından ayrılması ilə bağlı xəbərlərə münasibət bildirib.Sənətçi "ATV maqazin" verilişinə açıqlamasında söz-söhbətlərə son qoyub: "Bunu yazan jurnalisti qınamıram. Bir aralar şəxsi həyatımdan danışdım, nişanlandığımı dedim. Toyun olmadığını gördükdə isə ayrıldığımı düşündülər. Amma hər şey yolundadır, nişanlımdan ayrılmamışam".Namiq deyib ki, toy etmək məşhur biri üçün asan deyil: "Hazırlıq aparmaq çətindir. Sevənlərim narahat olmasın, düşmənlərim isə sevinməsin. Çünki yaxın günlərdə toy olacaq".

O.M.