Sezen Aksunun 59 yaşı oldu

Sezen Aksunun 59 yaşı oldu

13 İyul 2013 14:00
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Türkiyənin əvəz olunmaz sənətkarlarından biri olan bəstəkar, müğənni Sezən Aksunun 59 yaşı tamam olur.

S. Aksu 1954-cü il iyulun 13-də Türkiyənin Sarayköy şəhərində müəllim ailəsində anadan olub. O, üç yaşında ailəsiylə İzmirə köçüb. Bu müddətdə üsyankar şəxsiyyəti ilə diqqət çəkən Aksu rəqqasə olmaq istəyib. 1970-ci ildə "Həftə Sonu" adlı jurnalın keçirdiyi səs yarışmasında altıncı olub.1973-cü ildə Egey Universitetinin Əkinçilik fakültəsinə daxil olan sənətçi bir il sonra üç mahnısını bir val şirkətinə göndərib. Həmin il Ali Əngin Aksu ilə evlənən sənətçi məktəbindən də ayrılıb. 1974- cü ildə İstanbula gedən Sezən bir il sonra "Haydı Şansım" adlı əsərini çıxarıb. İlk albomu "Alalhaısmarladık" 1977-ci ildə, "Sərçə" adlı ikinci albomu isə 1978-ci ildə işıq üzü görüb. Sənətçi ilk ərindən ayrıldıqdan sonra 1981-ci il iyulun 10-da Sinan Özər ilə evlənib. Həmin ildə oğlu Mithat Can Özəri dünyaya gətirib. 2010-cu ildə Amerikanın "NPR" radiosu tərəfindən təyin olunan "50 Böyük Səs" siyahısında yer alıb.Sənətçi 2011-ci ildə isə "Öpdüm" adlı sonuncu albomunu hazrılayıb.Sezən Aksu son müsahibələrinin birində müğənni olması haqda bunları deyib: "Uşaqlıqda rəqqasə olmaq istəyirdim. Amma atam razı deyildi. Allah atama acıdı və mən müğənni oldum".

O.M.