
Lamiyə Novruzova ad gününü qeyd etdi
Prodüsseri Təranə Səmədova bəzi məqamlara açıqlama gətirdi
Dünən müğənni Lamiyə Novruzova dost-tanışlarını da başına yığıb, gözəl restoranların birində - "Panaramic"də 27 yaşını qeyd etdi. Prodüsser Təranə Səmədovanın Oxumeni.az-a verdiyi məlumata görə, L.Novruzova ən yaxın rəfiqəsi Günayla eyni gündə anadan olduğu üçün ad günlərini də bərabər qeyd etdilər:
- Sənət yoldaşlarından müğənni Əkbər, bəstəkar Vüsalə Hikmət də qonaqlar arasında idilər. Məclis yüksək abu-havada sona çatdı. Səbəbkar hədiyyə yağışına qərq olundu.
Yeri gəlmişkən, Təranə xanım Göyçək Fatimə ilə işbirliyinə son qoymaları haqda gəzən şayiələrə də aydınlıq gətirdi: "Fatimə ilə biz çox yaxın rəfiqəyik. Bir yerdə işləsək də, işləməsək də, hər zaman bir-birimizə dəstəyik".
Könül Aypara
Digər xəbərlər