
Nəzakət Teymurova gəncləri dəstəkləyir
Xanəndə muğam ifaçısının tədbirinə qatılıb
Tanınmış xanəndəmiz, xalq artisti Nəzakət Teymurova dünən muğam ifaçısı Güllü Muradovanın xalq mahnılarından ibarət diskinin təqdimetmə mərasiminə qatılıb. Oxumeni.az-ın əldə etdiyi məlumata görə, tədbirdə ürək sözlərini bildirən xanəndə sonda "uğurlar sənə!" - deməklə gənc ifaçıya dəstək olduğunu nümayiş etdirib. Onu da əlavə edək ki, Nəzakət Teymurova "Şuşa şikəstəsi"nin klipini çəkdirib. Çəkilişlər Şamaxının mənzərəli yerlərində həyata keçirilib. Klip artıq işıq üzü görüb.
Könül Aypara
Digər xəbərlər