Kərim Abasov: "İstəməzdim adları əllərindən alınsın"

Kərim Abasov: "İstəməzdim adları əllərindən alınsın"

11 İyul 2013 14:09
Bəyəndim (0) Bəyənmədim (0)
Müğənni qalmaqala münasibət bildirdi

Nabrandakı bir çox istirahət yerlərində dincələn, gah kefi açılan, gah da dilxor olan Kərim Abasov qayıdar-qayıtmaz iş başına keçib. Belə ki, o, musiqisi və bəstəsi özünə aid olan "Öpüşək" adlı mahnısını artıq lentə yazdırıb. "Tezliklə mahnım pərəstişkarların ixtiyarına veriləcək", - deyə Oxumeni.az-a açıqlama verən Kərim son zamanlar şou-biznesdə yaranmış xaos haqda da öz fikirlərini bildirdi. Daha doğrusu, xalq artistləri arasında baş verən qalmaqallar ucbatından fəxri adların alınması məsələsinə də öz münasibətini bildirdi:

- İstəməzdim adları alınsın. Ən azından, onlar neçə illərdir ki, əziyyət çəkirlər bu millət üçün.

Xatırladaq ki, Brilliant Dadaşova və Aygün Kazımovanın qalmaqalını "Biabırçılıq" adlandıran İlhamə Quliyeva fəxri adlarla təltif olunmuş hər iki müğənnidən "Xalq artisti" adının alınmasını tələb etmişdi.

Könül Aypara