
Iradə İbrahimovanın adına ağac əkildi
Müğənni ağacın sənədini nümayiş etdirdi
Facebook sosial şəbəkəsinə qoşulan müğənnilərimizin sayı günbəgün artmaqdadır. Türkiyə vətəndaşı ilə ailə qurduğundan artıq qonşu ölkədə yaşayan İradə İbrahimova da belələrindəndir. O da artıq yenilikləri, haqqındakı bütün məlumatları səhifəsinə yerləşdirməyə başlayıb. Bu gün isə İradə qeyri-adi bir xəbər paylaşıb: "Türkiyədə İradəmizin adına ağac əkilib. Bu da sənədin fotosu".
Təbrikmi edək, ya müjdəmi verək, anlamadıq. Hər halda, təbiətin qoynunda İ.İbrahimovanın adı ilə bağlı bir ağacın yaşayacağına görə sevindik. Uğurlu olsun.
Könül Aypara
Digər xəbərlər