"Muhteşem Yüzyıl"ın yeni şahzadəsi - II Selim

"Muhteşem Yüzyıl"ın yeni şahzadəsi - II Selim

10 İyul 2013 12:00
Bəyəndim (0) Bəyənmədim (0)
Kıvançın əvəzinə o, oynayacaq

"Tims Production" yeni sezon hazırlıqlarına başladı! Belə ki, dörd aydır "Muhteşem Yüzyıl" serialında Sarı Selimi kimin canlandıracağı sual altındaydı. Artıq istehsalçı şirkət yeni şahzadəni tapdı. Bu rol üçün "Öyle bir geçer zaman ki"nin Metesi - Aras Bulut İynemli ilə bir araya gəlindi.

II Selim (1554-1574) - sarı, ya da sərxoş Selim ləqəbi ilə tarixdə tanınır. 11-ci Osmanlı padşahı, 90-cı İslam xəlifəsidir. 1566-1574-cü illər ərzində dövləti cəmi 8 il idarə edib. Atasının tək oğlu olaraq taxta sahib olub. 15 dekabr 1574-cü ildə vəfat edib və Ayasofya türbəsində dəfn olunub. Ölümünə qədər də padşah olub.

Günel Həbib

O.M.