Məşhur cütlük evi bara çevirməkdə ittiham olunur

Məşhur cütlük evi bara çevirməkdə ittiham olunur

10 İyul 2013 11:53
Bəyəndim (0) Bəyənmədim (0)

Müğənni Ebru Gündəş və həyat yoldaşı azərbaycanlı iş adamı Rza Sərrab kirayə qaldıqları evin sahibinə məhkəmə davası açıblar.

Oxumeni.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, cütlük sarıyerdə kirayə götürdükləri evi boşaltdıqları zaman ev sahibləri ilə aralarında münaqişə yaşanıb. Ev sahibi cütlüyü "evini bara çevirməkdə" ittiham edib. İttihamdan qəzəblənən cütlük prokurorluğa şikayət edib və ev sahibi tərəfindən təhqir olunduqlarını əsas gətirərək haqqında dava açıblar. Prokurorluq dindirmələrdən sonra ev sahibi barəsində 2 ilə qədər həbs tələbi ilə dava açıb.

O.M.