Elza oğlu və bacısı ilə birlikdə oxuyacaq

Elza oğlu və bacısı ilə birlikdə oxuyacaq

10 İyul 2013 09:48
Bəyəndim (0) Bəyənmədim (0)

Əməkdar artist Elza Seyidcahan ailə ansamblı yaradacaq.Müğənni "ATV maqazin" verilişinə açıqlamasında ansamblın oğlu, bacısı və özündən ibarət olacağını deyib:"Biz üçlükdə gözəl kompozisiyalar yaradacağıq. Bacım Rasimənin gözəl səsi var. İndi onunla yeni mahnılar hazırlayırıq. Yaxın günlərdə onun və oğlumun ifası ilə konsertimdə tanış olacaqsınız. Bəzən hansısa bəstəmi başqa müğənniyə verəndə Əkbər deyir ki, ay ana, onu mən oxuyacaqdım, niyə verdin? Deyirəm, sənə daha gözəlini yazacam".

O.M.