Arzu Mələk:  "Fəxri ad almaq üçün güclü arxan olmalıdır, ya da..."

Arzu Mələk: "Fəxri ad almaq üçün güclü arxan olmalıdır, ya da..."

9 İyul 2013 15:14
Bəyəndim (0) Bəyənmədim (0)
Müğənni fəxri ad almamağının səbəbini açıqladı

Arzu Mələk... Əslində, soyadı "Fərmanova"dır. Özü də son zamanların ən tanınmış şeirin ("Mənə bir az ondan danış") müəllifi Vüqar Rahinin dost-doğma bacısıdır.

Arzu Mələk illərdir müğənnilik edir. O, sənətə Nazpəri Dostəliyeva, Mətanət İsgəndərli, Firuzə İbadova və bir çoxları ilə eyni vaxtda gəlmişdi. Halbuki, adlarını sadaladığımız sənətçilərin hamısı artıq fəxri adlarla təltif olunublar. A.Mələk isə nəinki fəxri fərmanlara layiq görüldü, o, nədənsə səhnələrdən uzaq düşdü. Yeni mahnılar, konsertlər, albomlar, kliplər atlı oldu, Mələk xanım piyada. Bunun səbəbini müğənninin özündən soruşduq. "Mən efirdə görünürəm, siz rast gəlmirsiniz. Hal-hazırda isə yay fəslidir. Efirə az baxılır. Çünki hamı istirahətdədir. Ona görə sentyabrdan müntəzəm görünəcəyəm", - deyən A.Mələk ad məsələsi ilə bağlı bunları ah çəkdi:

"Eh... Bunun üçün gərək güclü arxan olsun, ya da naxışın".

Deməli, Arzu Mələklə eyni vaxtda səhnəyə atılanların ya güclü arxaları olub, ya da "naxışları"...

Könül Aypara