Faiq Ağayev qalmaqala "FİNİŞ!" dedi

Faiq Ağayev qalmaqala "FİNİŞ!" dedi

8 İyul 2013 10:14
Bəyəndim (0) Bəyənmədim (0)
İndən belə Flora Kərimovanın atmacalarına cavab verməyəcək

Şou-biznesdə demirik, çünki söhbət müğənnilərdən deyil, sənət aləmində illərdir külüng döyən xalq artistlərindən gedir, ona görə də Azərbaycanın mədəniyyət aləmində "vur-çatlasın"dır desək, yanılmarıq. Sosial şəbəkələr vasitəsilə bir-birinin çılpaq şəkillərini paylaşaraq, bir-birinin ünvanına təhqiramiz ifadələr işlədən qadın sənətçilərinin (Brilliant Dadaşova, Aygün Kazımova, İlhamə Quliyeva) sırasına xalq artisti Flora Kərimova da qatılmağı bir növ özünə "borc bildi". Əslində, Flora xanımın qonşudan geri qalmasına ehtiyac yox idi. Onsuz da zamanla ona-buna söz atmaqla gündəmdə qalmağı bacarır. Axı o, bu məsələ üzrə çoxdanın türklər demişkən, "uzmanı"dır...

Bu günlərdə hər kəsin bir-birinə dəydiyini görən F.Kərimova illərdir düşmənçilik işlətdiyi İlhamə Quliyevanın başının onsuz da "qarışıq" olduğunu görüb, heyf çıxmaqda davam etdiyi Faiq Ağayevin bostanına tərəf istiqamət almağı düşündü. Qalmaqal mövzusunda professional olan xanım müğənni əks tərəfin ünvanına xoşagəlməz ifadələr işlətdi. Belə ki, o, virtual.az saytına, "İyulun 6-da "Neon" restoranında proqramda idim. Faiq Ağayev də orada idi. O, məni səhnədən qovdurmaq istədi. Adamlar göndərdi, hədə-qorxu gəldilər. Amma alınmadı. Mən elə həmin səhnədə də dedim, mən sənə çörək vermişəm, haramın olsun. Qaldı ki, mən İslamı təhqir etməmişəm. Faiq özü təhqir etmişdi. Və islamçıların partiyası onu məhkəməyə verdi. Soyad məsələsinə gəldikdə isə, mənim soyadım Kərimovadır. Mən İlhamə Quliyeva deyiləm ki, iki soyadım olsun. Faiq Ağayev qələt etməsin, məhkəmə mənim haqlı olduğumu sübut etdi. Səbayel Rayon Məhkəməsinin 21.07.2010-cu il tarixli hökmünə əsasən, təqsirsiz bilindim. İkinci məhkəmənin hökmünün qərarını Faiq Ağayev tanışlıqla dəyişdirdi. Yəni bir-birimizə 2000 dollar cərimə ödəməli idik. Heç birimiz ödəmədik. Faiq Ağayev, sən geysən. Arvadın belə sənin gey olduğunu isbat etdi. Qaldı ki, Faiq Ağayevin porno videosu məndə hələ də qalır. Hətta məhkəmədə də var. Allah səni gey kimi cəzalandırdı ", - deyə açıqlama verib. Qısa müsahibədə isə F.Kərimova bunları deyib:

"- Flora xanım, müğənnilərin "siyasətə gəlirəm" deməsi indi nəsə dəb halını alıb...
- Kimlər gəlmək istəyir siyasətə?
- Məsələn, xalq artisti Faiq Ağayev...
- Faiq Ağayev? Onu harada deyib?
- "Baku post" qəzetinə müsahibəsində...
- Faiq Ağayev geydir. Necə siyasətə gələ bilər?
- Faiq Ağayev geydir?
- Faiq Ağayev məni məhkəməyə vermişdi ki, guya ona böhtan atmışam. Məhkəmə də mənim ona böhtan atmadığımı sübut elədi. Faiq Ağayev geydir. O, çox böyük qələt eləyər ürəyindən keçirər ki, millətin təmsilçisi olsun. Özü də harada, harada - Milli Məclisdə. Ağını çıxarmasınlar bu adamlar. Milli Məclisdə, layiqli adamların yanında Faiq Ağayev, İlhamə Quliyeva kimi insanların yeri yoxdur. Bunu demişəm, deyəcəyəm də...
- Əvvəllər siyasətlə məşğul olmusunuz. Milli Şuradan sizə də təklif gəlibmi?
- Bu, nə suallardır mənə verirsən? Mən uşaq deyiləm, 72 yaşım var. Bu sualların hədəfi var. Sən mənə təxribatçı suallar vermə. Öz sualın varsa, sualını ver. Faiq Ağayevlə və Milli Şura ilə bağlı sualların məqsədyönlü idi. Sağ olun. Danışmaq istəmirəm.

Bu kimi açıqlamalardan sonra Faiq Ağayev məcburiyyət qarşısında qaldığından Facebook sosial səbəkəsi vasitəsilə öz mövqeyini bildirməli oldu:

""Allah heç kimin ağlını başından almasın! Gülünc, urvatsız, ikrah doğuracaq hala düşməkdən dəhşətli nə ola bilər ki bir adam üçün? Üstəgəl qadındırsa;
- Çoxərlilik yaşayaraq, mənəvi dəyərlərdən mülahizələr etmək.
- Siyasi əqidəsinə dönük çıxıb, prinsipiallıq haqda dərs keçmək.
- UDUZUB, özünü yalandan qalib cildinə salmaq.
- İslam dinini təhqir edib, Allahın adını dilinə gətirmək.
- Sidiklə müalicə edib, "murdar-təmiz" mövzusu haqda söhbət aparmaq.
Bu kimi qəhrəmanlıq səlnaməsini yaşayan bir kəsin çıxışı - önəmsiz və dəyərsizdir mənim üçün. Sözün, ittihamın o vaxt dəyəri olur ki, onu söyləyənin buna tam haqqı olsun. Xalqı aldatmaq mümkün deyil. Qüsurlu moizəni qəbul etməz o. Heç bir zaman. Hakim Kəmalə Əmirxanovanın imzası ilə verilən Səbayıl rayon Məhkəməsinin 21.07.2010 tarixli hökmünə əsasən, F.Kərimova 148 maddəsi ilə təqsirli bilinib, cərimə edilib. Hakim Xəqani Tağıyevin imzası ilə Yasamal rayon Məhkəməsinin 17.01.2011 tarixli hökmünə əsasən, "... Flora Ələkbərovnanın şikayəti üzrə Ağayev Faiq Balağa oğlu təqsirsiz elan edilərək, ona bəraət verilsin." Hər 2 hökm daha yüksək məhkəmə instansiyaları tərəfindən dəyişilməz olaraq təsdiqlənib və qüvvəyə minib. Mən "rəhmət" qazanıb yaşayanların, ictimai nüfuzu şübhə altında olmayanların iradına fikir verərəm yalnız. Bu isə irad, tənqid, eyham deyil. Gözü götürməzlikdən, mənimlə mübarizədə məğlub olmaqdan, çarəsizlikdən doğan acizanə bir böhtan cəhdidir. Pasportunda Flora Ələkbərovna adını daşıyanın öz dili ilə deyirəm: "Sən qələt edib barəmdə danışırsan!" FİNİŞ!".

Onu da vurğulayaq ki, F.A. "Finiş!" sözünü xüsusi vurğulayıb. Bu, Flora xanımla olan bütün münasibətlərə, həmçinin qalmaqallara birdəfəlik son deməyinin eyhamıdır.

O.M.