Cəmilə: "Aygün, bəsdir, otur yerində!"

Cəmilə: "Aygün, bəsdir, otur yerində!"

6 İyul 2013 09:41
Bəyəndim (0) Bəyənmədim (0)

"Elit-star" ləqəbi ilə tanınan müğənni Cəmilə İsgəndərova qəzəblənib. Oxumeni.az-;a lent.az-a istinadən verdiyi məlumata görə, müğənninin qəzəbinə tuş gələn isə xalq artisti Aygün Kazımova olub. A.Kazımova ilə bağlı fikirlərini bölüşən ifaçı həmkarının depressiyada olduğunu söylədi: "Mən sosial şəbəkələri, internet portallarını hər gün izləyirəm. Son dövrlər elə A. Kazımovanı qalmaqal edən görürəm.Sizin sayt vasitəsi ilə ona demək istəyirəm ki, bəsdir, Aygün. Otur yerində. Axır vaxtlar heç bir mahnın, layihən tutmur. Aygünün keçmiş rəfiqəsi kimi ona məsləhətim budur ki, depressiyadasan, bir az dincəl. Camaat da bir az dincəlsin. Fikir verin, həmişə suda batan adam elə hərəkət eləyir ki, quruya çıxsın. Hazırda bu insan batmaq üzrədir. İndi hər şeyə əl atır. Sonda mən ondan yaşda böyük olan bir adam kimi deyirəm ki, otur yerində".

O.M.