İlhamə Quliyeva: “Çingiz Qənizadə getsin, təmsil etdiyi rayonun problemlərini həll etsin”

İlhamə Quliyeva: “Çingiz Qənizadə getsin, təmsil etdiyi rayonun problemlərini həll etsin”

5 İyul 2013 12:57
Bəyəndim (0) Bəyənmədim (0)

lhamə Quliyeva millət vəkili Çingiz Qənizadəyə barəsində söylədiyi fikirlərə görə yenə cavab verib. Xalq artisti "Qafqazinfo"ya açıqlamasında millət vəkilinə təmsil etdiyi rayonun problemləri ilə məşğul olmağı tövsiyə edib: "Bir daha sizə xatırlatmaq istəyirəm ki, mən sizinlə tanış deyiləm və sizi görsəm, tanımaram. Siz bir rayonun millət vəkilisiz, mən isə dövlətimizin, xalqımızın, ulu öndərimiz Heydər Əliyevin imzası ilə xalq artisti və şöhrət ordeninin sahibiyəm. Dünya sülh səfiriyəm, başqa titullarimı dilə gətirmirəm, çünki o məqamlar sizi qıcıqlandırır. Mənim səlahiyyətim sizin səlahiyyətinizdən qat-qat çoxdur. Əslində, sizi yox, siz məni şantaj edirsiniz. Unutmayın ki, mən yarım əsr xalqıma xidmət etmişəm. Bu, bir igidin ömrüdür. Bəli, mən 7 köçkün ailəsinə sahiblik edirəm. Çörəyimi onlara halallıqla yedizdirirəm. Yedizdirirəm kəlməsini hər kəs öz səviyyəsində başa düşür. Əgər mənim nə vaxtsa xalqıma qarşı bir günahım olarsa, heç bu dünyada yaşamaram. Sizə guya mənim müsahibəmə görə onlarla telefon zəngi olub, mənim üçün isə bütün xalq ayağa qalxıb. Fikirləşin, görün, bu, nə ilə nəticələnə bilər. Deyəsən, siz də Azərbaycan şou aləminə qatılmaq fikrindəsiniz. Mən sizə məsləhət görərdim, hansı rayonu təmsil edirsinizsə, bir millət vəkili kimi oranın problemləri ilə məşğul olasınız. Bir də ki, gəlin, ictimaiyyət arasına çıxaq, görək sizi tanıyırlar, yoxsa məni? O ki, qaldı mənim yaşlı qadın olmağıma, arzu edirəm, mənim qədər yaşayasınız... Mənim üçün isə yaşın heç bir fərqi yoxdur".

O.M.