Şakiranın açıq qolları İranı bir-birinə qatdı

Şakiranın açıq qolları İranı bir-birinə qatdı

5 İyul 2013 11:44
Bəyəndim (0) Bəyənmədim (0)

Dünya şöhrətli kolumbiyalı müğənni Şakiranın Braziliyada keçirilən "İtaliya-İspaniya" matçındakı görüntüsü İranda qalmaqal yaradıb.

Məlumata görə, müğənni "Barselona" klubunun oyunçusu, eyni zamnda İspaniya Milli Futbol Komandasının futbolçusu, sevgilisi Jerar Pikeni dəstəkləmək üçün tribunada əyləşib. Dünyanın bir çox ölkəsi kimi İran da "Konfederasiya Kuboku"nun matçlarını canlı verib. Şakiranın əl sallayarakən görüntüsü İran Dövlət Televiziyasından bir neçə saniyə yayımlanıb, bu isə ölkəni qarışdırıb.

"The Guardian"ın məlumatına görə, televiziyaların qadınların qollarını göstərən görüntüləri yayımlaması İranda qadağandır. İranlı mühafizəkarlar müğənninin islama zidd görüntüsünü yayımlayan dövlət televiziyasına "e-mail", faks və telefon zəngləri ilə təzyiq göstəriblər. Millət vəkilləri isə rəhbərlik haqda tədbir görülməsini təklif ediblər.

O.M.