Alsu "28 Cinema"da "Böyük toy"u seyr edib

Alsu "28 Cinema"da "Böyük toy"u seyr edib

4 İyul 2013 18:58
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın tanınmış ulduzu Alsu 27 iyunda Nardaranda yerləşən "See Breeze" otelində möhtəşəm konsert proqramı ilə çıxış etmişdi. Əlavə edək ki, tanınmış müğənni ertəsi gün həyat yoldaşı ilə bərabər Bakını qarış-qarış gəzib. O, İçərişəhərin gözəlliyinə valeh olub. Alsu hətta "Torqoviy" küçəsindən alış-veriş də edib. Bundan başqa, məşhur, amma son dərəcə sadə müğənni "28 Mall" Ticarət Mərkəzində yerləşən "28 Cinema" kinoteatrında "Böyük toy" filmini də seyr edib. O, Azərbaycanla, Bakının gözəlliyi ilə, həmçinin, filmlə bağlı fikirlərini qonaqlar üçün nəzərdə tutulmuş rəy kitabında qeyd edib.

Hazırladı: Könül Aypara