Sevda Rzayeva daha bir baharını geridə qoydu

Sevda Rzayeva daha bir baharını geridə qoydu

4 İyul 2013 17:07
Bəyəndim (0) Bəyənmədim (0)

Bir vaxtlar xalq artisti Səməd Səmədovun duet ortağı olmuş Sevda Rzayeva iki gün öncə ad gününü qeyd edib. "Ad günümü qadınlar cəmiyyətinin ən ziyalı xanımları ilə qeyd etməyə başladım. Sonra getdim anamgilə. Gördüm gözəl süfrə açıblar. Orda da öz ailəmlə birlikdə ad günümü qeyd etdik. Axırda da nöqtəni vurdum Samirə xanımın qızının toyunda. Orda da yedim, içdim, güldüm, oynadım. Bir sözlə, yaxşıca əyləndim. Beləcə, o gün mənim üçün çox pozitiv bir gün oldu", - deyə təəssüratlarını bölüşən Sevda xanımı təbrik etdik, ancaq necə deyərlər, qadından yaş soruşmazlar", - deyibən onun yaşını öyrənmədik. İpucu olaraq deyək ki, bu cür gözəl-göyçək, cavan ikən artıq "nənə" adını daşıyan xanımın 5. yaşı var imiş. İnanmaq olmur, elədir...

Hazırladı: Könül Aypara