Şou əhli "Varlığa nə darlıq?" deyib, hara yollanacaq?

Şou əhli "Varlığa nə darlıq?" deyib, hara yollanacaq?

4 İyul 2013 14:10
Bəyəndim (0) Bəyənmədim (0)
Bakının istisindən qaçmağa yer axtaranlar...

İstidə işləməkdən qaçan şou əhli dincəlmək üçün görəsən, hansı ölkələri seçiblər? Bununla bağlı şou əhli arasında sorğu keçirilib.:

Müğənni Samir Bağırov bu yay istirahətini Bakıda bağ evində keçirir: "Bu yayı Bakıda dincəlməyi qərara aldım. Başım işlərimə çox qarışıb. Odur ki, xaricə gedə bilmərəm".

Xalq artisti Nisə Qasımova da isti yay aylarını bağ evində keçirənlər sırasındadır. Hazırda xalq artisti Xızı rayondakı bağ evində dincəlir.

Əməkdar artist Mətanət İsgəndərli dincəlmək üçün Azərbaycanı seçən şou əhlindədir. Müğənni bildirib ki, qızmar yay günlərində dincəlmək üçün ölkməmizin bir neçə rayonlarını seçib: "Ən gözəl istirahət bizim rayonlardadır. Mən bu yayı öz ölkəmin bölgələrində dincələcəm".

İfaçı Mila da bu yayı Azərbaycanda dincələnlərdəndir. Mila bildirib ki, onun işləri çox olduğundan bu yayı xarici ölkəyə istirahətə getməyəcək: "Əslində, bu yayı dincəlmək üçün Türkiyəyə getməyi düşünürdüm. Amma sənətimlə bağlı işlərim çox olduğundan, öz ölkəmdə dincələcəm".

Başı qarşıdakı layihələrinin həllinə qarışan model Azər Atakişiyev də istirahət etməyi düşünənlərdəndir: "Bu günlərdə Türkiyəyə yollanacağam. Daha sonra isə digər xarici ölkələrə. İstirahət üçün maraqlı proqram seçmişəm. Bu istirahətimi tək yox, gözəl bir xanımla keçirəcəm".

Müğənni Rəqsanə İsmayılova da eyni cür düşünür. Sənətçi deyir ki, ötən illərdən fərqli olaraq Türkiyədə planlaşdırdığı və hələ bitirmədiyi sənət işləri onun istirahət haqqında düşünməsinə imkan vermir. "Bu işlər böyük məsuliyyət tələb edir. Əgər mən dincəlmək haqqında düşünsəm, planlarım yarımçıq qalar. Bu zaman kəsiyində mən albom, klip və nəzərdə tutulan verilişin hazırlığını başa çatdırmalıyam. Çox yorulanda bir necə saat dincəlib, enerji toplayaram. Sənət işlərimin uğuru, elə dincəlmək deməkdir".

Estrada ifaçımız Zamiq Hüseynov da Türkiyədə dincələn ifaçılar sırasındadır. O, artıq dünən İstanbula yola düşüb.

Müğənni Roza Zərgərli yayın dadını çıxarmaq üçün maraqlı bir ölkə seçib. Belə ki, ifaçı Malaziyaya gedəcək.

Prodüser Tolik (Tarix Əliyev) hazırda Bodrumda dincəlir. O, dincəlmək üçün 10 gün bundan öncə Türkiyəyə gedib.

İfaçı və eyni zamanda biznesmen olan Orxan Babazadə "Varlığa nə darlıq?" deyib yay tətilini Maldiv adalarında keçirəcək.

O.M.