Aygün Kazımova: "Hər sənəddə ata adları fərqlidir"

Aygün Kazımova: "Hər sənəddə ata adları fərqlidir"

3 İyul 2013 23:18
Bəyəndim (0) Bəyənmədim (0)
Xalq artisti istehzalı gülüşlərə boğuldu

İlhamə Quliyevanın "Burda mənəm, Bağdadda kor xəlifə" deyə sinəsinə döyməsi butun şou-biznes nümayəndələrini təngə gətirib. Nazpəri Dostəliyeva, Məleykə Əsədova, Flora Kərimova, Brilliant Dadaşova və Aygün Kazımova… Ancaq görünür, sonuncu əks tərəfin hədələrindən, sosial şəbəkələr vasitəsilə çılpaq şəkillərinin yayılmasından heç də qorxmur. Bu dəfə deyəsən, daş qayaya rast gəlib. Belə ki, A.Kazımova bu vaxta kimi İ.Quliyevaya verilən titulların saxta olduğunu sübuta yetirməkdə israrlıdır. Vəziyyət o qədər kəskin şəkil alıb ki, hətta bu "titul" məsələsinə millət vəkilləri də qarışıblar. Araşdırmalar zamanı məlum olub ki, Primadonnanın öz ünvanına söylədiyi titullar - "Dünya sülh səfiri", Cenevrədə "BMT-nin idarə heyətinin üzvü", "Vətən mükafatı laureatı", "Dünya azərbaycanlıları Konqresi mədəniyyət akademiyasının prezidenti" saxta imiş. Bundan əsəbiləşən xalq artisti İ.Quliyeva da titullarını təsdiqləməkdən ötrü sosial şəbəkədə diplomlarını paylaşmağa başlayıb. Ancaq bununla da Aygün Kazımovanın istehzalı gülüşlərinə səbəb olub.

"İlhamə Quliyeva titullarını təsdiq etmək üçün iki sənəd paylaşıb. Amma hər sənəddə ata adları fərqlidir... Bu hansi Ilhame Quliyevalardir? Maraqlıdır… Sizcə, bu necə baş verib?)))"

Xatırladaq ki, İ.Quliyevanın Şöhrət ordenini təsdiqləyən sənəddə "Quliyeva İlhamə Məzahir qızı", xalq artistini təsdiqləyən sənəddə isə "Quliyeva İlhamə Həbib qizi" yazılıb. Nədənsə...

Hazırladı: Könül Aypara