Kərim Abasov Mədəniyyət və Turizm nazirliyinə səslənir!

Kərim Abasov Mədəniyyət və Turizm nazirliyinə səslənir!

3 İyul 2013 20:25
Bəyəndim (0) Bəyənmədim (0)
"Heyf mənim 1000 manatımdan, halal etmirəm onlara"
Müğənni Kərim Abbasov hazırda Nabranda yerləşən istirahət məkanlarından birində - dördulduzlu "Ober Lyuks"da ailəsi ilə birgə dincəlməkdədir. Əgər buna "dincəlmək" deyilirsə. Adında "lyuks" sözü, özü də dördulduzlu olmasına baxmayaraq, sözügedən məkanda müştərilərə qulluq demək olar ki, sıfır dərəcəsindədir. Bunu Kərim də təsdiqləyir. O, Facebook sosial şəbəkəsi vasitəsilə iradlarını bu cür bildirib
"Dostlar, əgər kimsə sizə Nabranda yerləşən "OBER LYUKS **** otelini tərifləsə, inanmayın. Ona görə ki, özüm hal-hazırda burdayam. Biabırçılıqdır! Bayırdan baxanda qəşəng görünür, amma servis, qulluq, mədəniyyət sıfır. Allahımın adına and olsun düz deyirəm, Yeməklər sıfır! Ofisiantlar özlərini elə aparırlar ki, elə bil gələn kliyent onlara qulluq etməlidir, onlar bizə yox. Menecerlərin danışıq mədəniyyəti və resepşendə oturan insanların rəftarı... elə bil ki, hansısa yol qırağındakı kafedə oturmusan, dördulduzlu oteldə yox. Camaat ac qalır. Yeməklər sıfır dərəcədə. Kiminə çatdı yeyir, kiminə çatmadı açsinlər. 4 ulduzu alıb, 2 ulduz versinler.
Ay camaat, harda görünüb ki, 4 ulduzlu otelde internet olmur? Hansi qanunda yazılıb ki, 4 ulduzlu otelde soyuducuların 50 faizi isləmir? Harda görünüb k,i 4 ulduzlu oteli 2 gundənbir yığışdırırlar? Vay, vay... Sonra da deyirik ki, bu millət niyə qaçırTürkiyəyə və ya Maldiv adalarına? Ona görə ki, camaat normal istirahət istəyir. Bizdə heç vaxt servis və qulluq düzəlməyəcəkc qalır. Çox istərdim ki, Mədəniyyət və Turizm nazirliyindən bura yoxlama göndərsinlər və burdakılara mədəniyyət məktəbi ke. Razılaşaq artıq bununla. Çox heyf bura saydığım o pula. Ailəmlə gəldiyimə görə qanqaraçılıq sala bilmirəm. Bilsəydim, "Atlant"a gedərdim".

Əlavə edək ki, artıq üçüncü gündür ki. "Ober Lyuks"da qalan K.Abasov bir ətək pul xərcləyib: nə az, nə çox, düz 1000 AZN!

"Hə, "Bəxtiyar" filmində bir epizod var: "Adam da musiqiçiyə qabaqcadan pul verər?" Mən 1000 AZN-i qabaqcadan vermişəm. Amma halal etmirəm onlara. Belə olmaz. Mənə görə çəkiliş gələcək bura. Orda da iradlarımı bildirəcəyəm. Bura xarici vətəndaşlar da gəlirlər axı. Nə düşünərlər haqqımızda?"

Ümidvarıq ki, lazımi orqanlar K.Abasov və onun kimi bir çoxlarının şikayətləri əsasında "Ober Lyuks" barəsində ölçü götürəcəklər. Tezliklə bu kimi məkanlarda baş alıb gedən özbaşınalığa son qoyular.

Hazırladı: Könül Aypara