
EMİN 13 iyulda konsert verəcək
"See Breeze"də müğənni "Amor" proqramı ilə çıxış edəcək
Moskvada yaşayan Azərbaycanlı müğənni Emin Ağalarov 13 iyulda Bakıya gələcək. Onun bu dəfəki səfəri Nardaran qəsəbəsində yerləşən "See Breeze" otelində verəcəyi "Amor" adlı konserti ilə bağlıdır. Xatırladaq ki, EMİNin dəniz kənarındakı konsert proqramı saat 20.00-da başlayacaq.
Qonaqlar arasında Ağalarovun dəstəklədiyi gitaraçı Çingiz Mustafayevin olacağı, hətta onların duet şəklində mahnı ifa edəcəkləri də gözlənilir.
Könül Aypara
Digər xəbərlər