
YENİLƏNİB! Nazpəri Dostəliyeva İlhamə Quliyevaya uduzdu...
Lent. az-a açıqlama verən Nazpəri Dostəliyeva məhkəmənin qərarı ilə bağlı açıqlama verib: "Bu xəbəri kim deyir? Hələ məhkəmə bitməyib. Yalançı informasiyadır yayıblar. Məhkəmə prosesi davam edir. Bunlar belədirlər də, öyrəniblər yalançı informasiyaya. Bu dəqiqə zəng edəcəm vəkilimə".
N.Dostəliyevanın vəkili Yunis Vəliyev də redaksiyamıla əlaqə saxladı: "Bu xəbər dezinformasiyadır! Proses hələ davam edir. Apelyasiya, Ali Məhkəməsi var. Bu, sadəcə ilkin qərardır".
Xatırladaq ki, bu gün Nəsimi rayon məhkəməsində xalq artisti İlhamə Quliyevanın həmkarı Nazpəri Dostəliyevaya qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi başa çatdı. Hökmə əsasən, N.Dostəliyeva İ.Quliyevaya vurduğu mənəvi ziyana görə 50.000 manat təzminat ödəyəcək. Bundan başqa, məhkəmə Nazpəri Dostəliyevanın televiziya vasitəsilə İlhamə Quliyevadan üzr istəməsi barədə də qərar çıxarıb.
Xatırladaq ki, İ.Quliyevanın şikayət aprelin 23-də Nəsimi rayon məhkəməsinə şikayət ərizəsi ilə müraciət edib. O, ərizəsində N.Dostəliyeva tərəfindən ictimai şəkildə şərəf və ləyaqətinin alçaldıldığı, işgüzar nüfuzuna xələl gətirildiyini bildirib.
O.M.