Aşıq Namiq: "Öz tələbəmi sevirəm"
Tanınmış aşıq Namiq Fərhadoğlu Türkiyənin dövlət kanalı TRT AVAZ-ın qonağı olub. Oxuməni.az-ın məlumatına görə, aşıq Azərbaycan təmsilçiliyinin hazırladığı "Azərbaycan ulduzları" layihəsinində cox maraqlı açıqlamalar verib. Sevimlı aparıcı Arzu Umutun aparıcılığı ilə yayımlanan verilişdə Namiq tamaşaçılara hətta şəxsi həyatında üzləşdiyi çətinlikdən danışıb: "Sevdiyim insan bəli, var. Hazırda deyikliyəm, öz tələbəmi sevirəm. İlk dəfə tələbəm mənə sevgisini etiraf etdi. Altı ildir tanıyıram onu, namaz qılandır. Sevdiyim qız ancaq qadın toylarına gedir. Niyə də getməsin? İnşallah, 2013-cü ildə ailə quracağam. Əsas odur ki, bir-birimizi başa düşürük. Artığ subaylığın daşın atmağ istəyirə evlənmək istəyirəm. Qarşısına şərt qoymuşam ki, sənətdən uzaqlaşsın və biz evlənək. Hədsiz dərəcədə qısqanc biri olduğu üçün o da mənim qarşıma xeyli şərtlər qoyur. Ümidimi itirmirəm, əgər o, sənətdən uzaqlaşarsa, biz bu il evlənə bilərik".
Həyatda heç nə demə mənimdi,
O şeylər dünyada qalacaq sənsiz.
Mənimdi dediyin hər bir əşyanı,
Özgəsi başqa cür quracaq sənsiz.
Ulduzlar yanaraq yenə göylərdə,
Torpağa dönəcək gül də, çiçək də.
Yerdə insanlar da, göydə Günəş də,
Yenə öz hökmünü sürəcək sənsiz.
O.M.
































































































