Maykl Ceksonun qızı damarlarını doğradı

Maykl Ceksonun qızı damarlarını doğradı

6 İyun 2013 10:00
Bəyəndim (0) Bəyənmədim (0)

Məşhur müğənni Maykl Ceksonun qızı Peris uğursuz intihar cəhdindən sonra Los-Ancelosdakı xəstəxanaya yerləşdirilib. Oxumeni.az-ın "BBC"-yə istinadən məlumatına görə, qızın anası Debbi Rou intihar cəhdi faktını təsdiqləyib. 15 yaşlı Perisin venasını kəsdiyi ehtimal olunur.

2009-cu ildə böyük dozada dərman qəbulundan vəfat etmiş M.Ceksonun 3 övladı qalıb – şahzadə Maykl Cekson, şahzadə Maykl Cekson İkinci və Peris Maykl Ketrin Cekson. Müğənninin vəsiyyətinə əsasən övladlarının hər biri 40 yaşına çatdıqdan sonra 33 milyon dollar miras ala biləcək.