Puerto Rikodan olan Jennifer Barreto 2026-cı il "Kainat Gözəli" tituluna layiq görülüb
27 yaşlı Puerto Rikodan olan Jennifer Barreto 2026-cı il "Kainat Gözəli" tituluna layiq görülüb. Bu il 116 iştirakçı tac uğrunda mübarizə aparıb.
75-ci müsabiqənin finalı Puerto Rikonun San Juan şəhərində keçirilib. Oxuməni.az xəbər verir ki, Hola! jurnalına görə, 27 yaşlı Barreto 20 ildən sonra ada ölkəsinin titul qazanan altıncı nümayəndəsi olub.
Barreto həm də təşkilatçıların üç il əvvəl evli və ya uşaq dünyaya gətirən iştirakçılara qarşı mübahisəli qadağanı qaldırmasından sonra Kainat Gözəli titulunu qazanan ilk evli qadın və ilk ana olub.
"Kainat Gözəli" 1952-ci ildə ABŞ-da təsis edilən ən qədim illik beynəlxalq gözəllik müsabiqələrindən biridir. Çərşənbə axşamı keçirilən müsabiqə, müxtəlif ilkin yarışlardan münsiflərin ballarına əsaslanan seçmə mərhələsi ilə başladı. Qalan otuz iştirakçı daha sonra səhnədə mayo yarışmasında yarışdı, onlardan 12-si axşam paltarı yarışmasında səhnəyə çıxıb. Bundan sonra beş finalçı hakimlərin "Kainat Gözəli" müsabiqəsinin aktuallığı və dünyanın liderlərindən nə gözlədiyi kimi mövzularda suallarını cavablandırdı.
Cennifer Barreto psixologiya üzrə bakalavr və psixologiya və sosial iş üzrə magistr dərəcəsinə malikdir. 2021-ci ildə Barreto Texasdakı Fort Kavazosda ABŞ ordusunda işləməyə başladı və burada məişət zorakılığı və uşaq istismarı qurbanlarına kömək etdi, eləcə də hərbçi ailələri ilə işlədi. Müsabiqə zamanı Barreto həmçinin süni intellektin məsuliyyətli istifadəsi və insan dəyərlərinin qorunması zərurəti barədə danışdı. O, əvvəllər heç vaxt gözəllik müsabiqəsində iştirak etməmişdi.
Dominikan Respublikasından Melissa Nunez birinci, Venesueladan Klara Veqas isə ikinci yeri tutdu. İlk beş finalçı arasında Filippin və Yeni Zelandiya təmsilçiləri də var idi - müvafiq olaraq Beatriz Millan-Vindorski və Georgia Waddington.
Bu il müsabiqədə üç Orta Asiya ölkəsindən nümayəndələr iştirak etdi: Qazaxıstandan Alina Ri, Qırğızıstandan Medina Ermekova və Özbəkistandan Ziyodaxon Şaripova.

Keçən il "Kainat Gözəli"nin finalı Banqkokda keçirildi. Titul Meksikadan olan 25 yaşlı Fatima Boş Fernandezə verildi. Müsabiqədə 120 ölkədən qadınlar iştirak etdi.
Əziz Mustafa



.jpg)






















































.jpg)


























.jpg)










