Azərbaycanın ilk şoumeni Qorxmaz Əlilicanzadə: “Dünya TV mənə yaşam eşqi verdi”

Azərbaycanın ilk şoumeni Qorxmaz Əlilicanzadə: “Dünya TV mənə yaşam eşqi verdi”

13:08
Bəyəndim (0) Bəyənmədim (0)



Azərbaycanın ilk şoumeni, tanınmış aktyor və müğənni, AMEA-nın əməkdaşı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Qorxmaz Əlilicanzadə Şanlı Tarixi Zəfərimizin ildönümü ərəfəsində Dünya TV-nin qonağı olub. Sənətkar təəssüratlarını Oxumeni.az ilə bölüşüb:

“Sevdiyim, izlədiyim və tamaşaçısı olduğum Dünya TV-də qonaq olmaqdan böyük zövq aldım. Bir sənət adamı kimi özümə və sənətimə göstərilən hörmət, diqqət və qayğı məni ruhlandırdı."

Kanalın "Tam səmimi" və "Birlikdə" proqramlarında iştirak etdim. Çəkilişdən əvvəl Dünya TV-nin rəhbəri, Əməkdar jurnalist Ramiz Hüseynovla görüşdüm. Səmimi söhbət zamanı dövlətimizin əldə etdiyi uğurlar, dövlətçiliyimizin möhkəmliyi, Prezident cənab İlham Əliyevin dünyaya səs salan siyasəti və Zəfər təntənəmizdən danışdıq. Söhbət əsnasında Ramiz Hüseynovun Vətənini nə qədər çox sevdiyinin şahidi oldum, qəlbindəki böyük Azərbaycan sevgisinə heyran qaldım. Kanal rəhbəri yaradıcılığıma yüksək qiymət verərək xoş sözlərini bildirdi.

"Tam səmimi" proqramında aparıcı Samir Bayramlı ilə səmimi söhbət etdik. Beş mahnı ilə tamaşaçılara nəğmələrimi ərməğan etdim. Teleməkanda bir proqramda beş mahnı oxumaq müğənninin solo konserti sayılır. Altmış doqquz yaşımda bu sevinci mənə doğma kanalımız Dünya TV və onun rəhbəri Ramiz Hüseynov yaşatdı. İllərlə arzuladığım gün mənə nəsib oldu: "Dünya TV mənə yaşam eşqi verdi. Mən bunu unutmaram."

Sonra "Birlikdə" proqramında da qonaq oldum. Aparıcı Şəlalə Nərimanın dinamikasını çox bəyəndim və üç mahnı ifa edərək tamaşaçılarla paylaşdım. Sənət adamlarına olan bu diqqət bizləri daha da ruhlandırır, yeni mahnılar lentə almağa stimul verir. Dünya TV-nin baş direktoru kübar xanım Aybəniz Hacıyevaya da sonsuz təşəkkürümü bildirirəm. Yaxşı ki, varsınız, Dünya TV!

P.S. Biz də Oxumeni.az olaraq Qorxmaz müəllimə uğurlar arzulayırıq. Qeyd edək ki, Qorxmaz müəllim yaxın günlərdə kanalın “Nəğməli dünya” proqramında da qonaq olacaq...

Murad Şahməmmədov