Sindi Krouford oğlu Presli Gerberin ölümü ilə bağlı ilk dəfə açıqlama verib
Supermodel Sindi Krouford oğlu Presli Gerberin ölümü ilə bağlı ilk dəfə ictimaiyyət qarşısında açıqlama verib. 27 yaşlı Gerber sentyabrın 20-də Kaliforniyada reabilitasiya mərkəzində vəfat edib.
“ O, sevən və sevilən, mehriban və gözəl bir ruhdur — indi də, həmişə də belə olacaq. Onun həyatını necə yaşaması ilə fəxr edirik: mehribanlıq və səmimiyyətlə”. Oxuməni. az xəbər verir ki, Krouford oğlunun ağ-qara fotosunu paylaşaraq bu sözləri İnstaqram səhifəsində yazıb.
Gerber sentyabrın 20-də Kaliforniyadakı reabilitasiya mərkəzində dünyasını dəyişib. Polis ölüm səbəbi kimi mümkün doza aşımını araşdırdığını bildirib.
Gerber anası və kiçik bacısı Kayya kimi model olub. O, 16 yaşında İtaliyanın Moschino brendinin moda nümayişində iştirak edərək podiuma ilk dəfə çıxıb. Calvin Klein və Dolce & Gabbana brendlərinin reklam kampaniyalarında yer alıb, 2018-ci ildə isə anası ilə birlikdə Pepsi reklam çarxında çəkilib. Atası Rendi Gerber Corc Kluni ilə birlikdə Casamigos tekila brendinin həmtəsisçisi olmuş iş adamıdır.
“Preslinin 27 il ərzində həyatımızın bir hissəsi olmasına görə xoşbəxtik”, – deyə Krouford yazıb. “Ailəmizi tanıyan və sevən çoxsaylı insanların, eləcə də dərdimizi bölüşən tanımadığımız insanların bizə göstərdiyi böyük sevgi və dəstəyə görə minnətdarıq”.
“Yenidən görüşənədək, əziz oğlumuz. Səni əbədi sevəcəyik — ana, ata və Kayya”, – deyə o, paylaşımının sonunda əlavə edib.
Gerberin bacısı Kayya da bazar günü qardaşına həsr olunmuş paylaşım edib. O, uşaqlıqda qardaşı ilə birlikdə rəqs etdikləri videonu, okean sahilində çəkilmiş fotolarını və “Prezident”ə ünvanlanmış dörd səhifəlik məktubu yayımlayıb.
“Səni görə bilmədiyim halda səni sevməyi öyrənirəm. Sənə zəng etmək üçün telefona əl atmadan səninlə danışmağı öyrənirəm. Sənə çata bilmədiyim bir dünyada sənin bacın olmağı öyrənirəm”, – deyə o yazıb.
Los-Anceles dairəsinin məhkəmə-tibbi ekspertiza xidməti Gerberin ölümü ilə bağlı işi əlavə araşdırma tələb edən iş kimi təsnif edib. Bununla yanaşı, Santa-Monika şəhərinin polis idarəsi ölümün cinayət əməlləri nəticəsində baş verdiyinə dair heç bir əlamətin olmadığını bildirib.
Almaz Həsənli




































.jpg)








.jpg)




























.jpg)








.jpg)












