Aktrisa Selma Bler Nyu-York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub
Amerikalı aktrisa Selma Bler ötən gün Nyu-York Hava Limanında təyyarədə baş verən hadisədən sonra həbs edilib. Oxuməni.az xəbər verir ki, bununl bağlı Reuters-in məlumatına görə, uçuş zamanı o, iki stüardessaya hücum edib və təyyarənin qapısını açmağa çalışıb.
Hücum nəticəsində bir heyət üzvü kəsik yarası, digəri isə dişləmə alıb.

Heyət üzvlərinin hava nəqliyyatının idarə edilməsi ilə əlaqəsinin yayımlanan qeydində də aqressiv sərnişinin başını arakəsməyə vurduğu qeyd olunur. 54 yaşlı Selma Bler uçuşun qalan hissəsi üçün mühafizə altında saxlanılıb. Hava limanına eniş etdikdən sonra təcili yardım işçiləri və polis onu gözləyirdi.
Aktrisa hətta xərəkdə olarkən belə, bir ayağını azad etməyi bacarıb və polis məmurunun üzünə, boynuna və sinəsinə yumruq vurub.
Hadisə xəstəxanada davam etdi və Bler müayinə üçün aparıldı. Orada iddialara görə, o, tibb bacısının sinəsinə yumruq vurub.

Selmi Bler ikinci dərəcəli hücumda iki maddə ilə ittiham olunub. FTB işi araşdırır. Girov 20.000 dollar müəyyən edilib.
Aktrisanın sözçüsü hadisənin onun səhhətindəki qəfil pisləşmə ilə əlaqəli olduğunu bildirib.
"Selmi ittiham olunduğu hərəkətlərə səbəb olan təcili tibbi yardımla üzləşib. Enişə girən kimi dərhal tibbi yardım alıb və hazırda vəziyyəti sabitdir", - Blair-in sözçüsü hadisə ilə bağlı şərh verib.
Aktrisanın dağınıq sklerozdan əziyyət çəkdiyi məlumdur.
Bler ilə bağlı oxşar hadisə 2016-cı ildə baş verib. Uçuş zamanı emosional sarsıntı keçirdikdən sonra aktrisa təyyarədən xərəkdə aparılmalı olub.
Selma daha sonra izah edib ki, onun davranışına spirtli içki və reseptli dərmanların kombinasiyası səbəb olub.
Bler "Hellboy" və "Legally Blonde" filmlərindəki rolları ilə tanınır.
Əziz MUSTAFA

















.jpg)











































.jpg)






















.jpg)









