Kanye Uest Sankt-Peterburqdakı ləğv olunmuş konsertlərinə görə 20 milyon dollar alıb

Kanye Uest Sankt-Peterburqdakı ləğv olunmuş konsertlərinə görə 20 milyon dollar alıb

14:18
Bəyəndim (2) Bəyənmədim (0)

Amerikalı reper Kanye Uest Sankt-Peterburqda keçirilməli olan, lakin sonradan ləğv edilən konsertlərinə görə təxminən 20 milyon dollar alıb. Oxuməni.az xəbər verir ki, bu barədə "Kommersant" qəzeti iki mənbəyə istinadən məlumat yayıb. Müsahiblərdən biri bildirib: "Bu, təmiz qonorar deyil — bu məbləğdən, məsələn, onun heyətinin xidmətləri ödənilir". İkinci mənbə isə qeyd edib ki, musiqiçi çox güman ki, pulu geri qaytarmayacaq, çünki bu, müqavilədə nəzərdə tutulmayıb.

Yenilənmə: Konsertləri təşkil edən "Say Agency" agentliyinin rəhbəri Anna Subçeva Uestin 20 milyon dollar alması xəbərini təkzib edib. O, "Blueprint" nəşrinə açıqlamasında bildirib: "Kommersant"ın məlumatı tamamilə yalandır, belə rəqəmlər ümumiyyətlə mövcud deyil. Zərər var, lakin o, nəhəng deyil, biz bunun öhdəsindən gələ biləcəyik".

Konsertlərin təşkilatçısı Moskvada yerləşən "Say Agency" (MMC "Sey Edjensi") agentliyi olub. Sentyabrın 30-da şirkət konsertlərin "planlaşdırılan tarixlərdə baş tutmayacağını" elan edib. Sankt-Peterburq polisi təşkilatçı barəsində dələduzluq maddəsi ilə istintaq öncəsi yoxlamalara başlayıb. Bilet alan şəxslər məhkəmələrə müraciət etməyə başlayıblar.

Oktyabrın 4-də bilet alanlara pulların geri qaytarılmasına başlanıldığı məlum olub.

Xatırladaq ki, "Say Agency" Kanye Uestin konsertlərinin oktyabrın 10 və 11-də "Qazprom Arena"da keçiriləcəyini elan etmişdi. Biletlərin satışına avqust ayında başlanılmışdı. Lakin artıq avqustun 24-də stadion rəhbərliyi təşkilatçı ilə icarə müqaviləsinin bağlanmadığını və müqaviləsiz konsertlərin baş tuta bilməyəcəyini açıqlamışdı. Buna baxmayaraq, biletlər satışda qalmaqda davam edirdi. "Fontanka" nəşri yazırdı ki, təşkilatçı reklam kampaniyasını və bilet satışını arena ilə müqavilə bağlamadan və tədbiri şəhər hakimiyyəti ilə razılaşdırmadan başladib.

Almaz Həsənli