Tom Holland dünyanın ən çox gəlir gətirən aktyoru oldu

Tom Holland dünyanın ən çox gəlir gətirən aktyoru oldu

11:01
Bəyəndim (0) Bəyənmədim (0)


Britaniyalı aktyor Tom Holland qlobal kino tarixində ən çox gəlir gətirən aktyor oldu. Onun filmləri ümumilikdə 15,5 milyard dollar gəlir əldə edib. Oxuməni.az xəbər verir ki, bu barədə DiscussingFilm-in açıqlamasında bildirilib.

DiscussingFilm-ə görə, Holland əvvəlki rekordçular Zoe Saldanha (15,47 milyard dollar) və Scarlett Johanssonu (15,4 milyard dollar) geridə qoyub. Nəşr Hollandın ən çox gəlir gətirən aktyor statusuna 2026-cı ilin ən çox gəlir gətirən iki filmindəki - Hörümçək Adam: Yeni Gün (2,4 milyard dollar) və Hörümçək Adam: Odisseya (1,4 milyard dollar) filmlərindəki performansı sayəsində nail olduğunu aydınlaşdırır.

30 yaşlı Tom Holland ən çox gəlir gətirən aktyorlar siyahısında birinci yeri tutan ən gənc aktyordur.

Əziz MUSTAFA