Məşhur aktyor ulduz futbolçuya qarşı şok ittiham irəli sürüb
"Euphoria" serialının üçüncü mövsümündə rol alan Cuell Fərşad İran milli futbolçusu Ramin Rezaiyan haqqında sensasion iddialar irəli sürüb. Fərşad iddia edir ki, Rezaiyan ondan seks videosu istəyib və digər qadınların da iştirak etdiyi səfərdə israr edib.
"Euphoria" serialının üçüncü mövsümündə rol alan aktrisa Cuell Fərşad İran milli komandasının oyunçusu Ramin Rezaiyan qarşı diqqətəlayiq ittihamlar irəli sürüb.
Oxuməni.az xəbər verir ki, bu barədə Los-Ancelesdə yaşayan Fərşad hadisə ilə bağlı Daily Mail-ə danışıb. Aktrisa iddia edir ki, Rezaiyan onunla İnstaqram vasitəsilə əlaqə saxlayıb və ilkin yazışmaları sonradan qızışıb.

Fərşadın sözlərinə görə, o, Ramin Rezaiyan ilk mesajını iyunun sonunda, İran milli komandasının Dünya Kuboku kampaniyası zamanı alıb.
İnstaqramda bir milyondan çox izləyicisi olan Fərşad əvvəlcə Ramin Rezaiyan mesajlarını qeyri-adi hesab etmədiyini, çünki məşhurlardan mesaj almağa öyrəşdiyini bildirib. Aktrisanın sözlərinə görə, söhbətləri tezliklə flirtasiyaya çevrilib.
.

Fərşad Ramin Rezaiyan ona mesaj göndərdiyini bildirib: "Harada yaşayırsınız? Çox seksualsınız." Aktrisa qeyd edib ki, əvvəlcə bu sözləri sadəcə bir iltifat kimi qəbul edib. Fərşadın sözlərinə görə, söhbət davam etdikcə mesajların məzmunu dəyişməyə başlayıb
Fərşad iddia edir ki, iranlı futbolçu ondan ona seksual videolar göndərməsini istəyib. Aktrisa həmçinin iddia edib ki, Ramin Rezaiyan onunla səyahət etməkdə israr edib və ondan başqa qadınları da gətirməsini istəyib. Fərşadın Ramin Rezaiyan haqqında iddiaları onun öz sözlərinə əsaslanır.
Əziz Mustafa































































































