Məşhur model Aya eniş edildiyinə inanmır, NASA-ya səslənir: "Məni göndərin!"

Məşhur model Aya eniş edildiyinə inanmır, NASA-ya səslənir: "Məni göndərin!"

12:02
Bəyəndim (1) Bəyənmədim (0)

Sosial media məşhuru və model CeCe Rose NASA-ya qeyri-adi bir müraciət etdi. Yer üçün "əla səfir" olacağını iddia edən Rose, növbəti Ay missiyasında iştirak etmək istədiyini açıqladı.

Oxuməni.az xəbər verir ki, sosial media məşhuru və model CeCe Rose açıqlamaları sayəsində sosial şəbəkələrin diqqətini yenidən özünə cəlb elədi. İnstaqramda 2 milyondan çox izləyicisi olan 26 yaşlı məşhur gələcək NASA-nın Ay missiyasında iştirak etmək istədiyini açıqladı.

Yer kürəsini təmsil etmək üçün doğru insan olduğunu iddia edən Rose dedi: "Bəşəriyyət adından Aya getməkdən məmnun olardım. İnanıram ki, Yer kürəsinin əla səfiri olardım."

CeCe Rose, diqqətəlayiq açıqlamalarında Apollo missiyaları ilə bağlı şübhələrini də dilə gətirib. Bəşəriyyətin heç vaxt Aya uğurla eniş etdiyinə inanmadığını deyən məşhur, "Aya ayaq basdığımıza inanmıram. Oraya çatmağın mümkün olmadığını düşünürəm. Sadəcə, uğurlu enişin heç vaxt edildiyinə inanmıram" deyib.

Məşhur həmçinin əyləncə sənayesindəki təcrübəsinin bu fikirləri gücləndirdiyini iddia edib.

Rose, teatr və səhnə əsərlərinin nə qədər real şəkildə səhnələşdirilə biləcəyini gördüyünü qeyd edərək, ilk Aya eniş görüntülərinin film çəkiliş meydançasında lentə alına biləcəyi fikrini bildirib.

26 yaşlı məşhurun ​​açıqlamaları sosial mediada tez bir zamanda müzakirə mövzusuna çevrilsə də, bəzi istifadəçilər Rose-u dəstəkləyib, digərləri isə onun iddialarına reaksiya verib. Sosial media məşhuru və model CeCe Rose açıqlamaları sayəsində müzakirə mövzusuna çevrilib.uğunu iddia edən Rouz, "Bəşəriyyət adından Aya getməkdən məmnun olardım. İnanıram ki, Yer kürəsinin əla səfiri olardım" dedi.

Əziz Mustafa