
İlkin Həsənini "ATV Maqazin"dən uzaqlaşdırıblar?
Onun siması hər kəsə tanışdır, əsasən də "ATV" telekanalının tamaşaçılarına. Söhbət "ATV Maqazin" verilişinin aparıcısı İlkindən gedir.
2012-ci ildə subaylığın daşını atmağa hazırlaşan İ.Həsəni deyəsən, ilk öncə "ATV Maqazin" verilişinin daşını atacaq. Belə ki, bir əlində bir neçə qarpız tutan aparıcı artıq yükünün ağırlığına dözə bilmədiyi üçün qarpızın ən böyüyündən - hər şənbə, gecə saatlarında efirə gedən "ATV Maqazin" verilişindən imtina etməyə məcbur olub:
- Bəli, "ATV Maqazin" verilişində daha məni görməyəcəksiniz, çünki həm səhərlər efirdə olmaq, həm avtomobillərlə bağlı veriliş hazırlamaq, həm də "Şəmi və dostları" layihəsi məni yorur. Bu üzdən belə qərara gəldim ki, "ATV Maqazin" verilişindən uzaqlaşım. Yeni aparıcıya isə uğurlar arzulayıram.
Bu açıqlamaya rəğmən, sözügedən telekanalda çalışan və
adının açıqlanmamağını xahiş edən işçinin bildirdiyinə görə, İ.Həsənlinin "ATV
Maqazin" verilişindən uzaqlaşmasının ayrı səbəbləri var. Belə ki, bəzi
axsaqlıqlarına və kobud səhvlərinə görə müdiriyyət İlkini verilişdən uzaqlaşdırmaq
qərarına gəlib. "Əgər belə olmasaydı, elə də yüklü olmayan və ona doğma olan bu
verilişdən imtina etmək məcburiyyətində qalmazdı" - deyə mənbə məlumat verib.
Necə deyərlər, "tu bi cantiniyud.."
Könül Aypara
O.M.