
VİDEO: Qadın müğənnimiz belinə kobra döydürdü
Son vaxtlar ən çox sosial və fərqli mövzularla çəkdiyi ekran işləri ilə özündən danışdıran rejissor Türkay Azəri daha bir maraqlı layihəsinin təqdimatına hazırlaşır. Rejissor müsahibəsində, müğənni Mehrimin "Kobra" layihəsinin üzərində çalışdığını bildirdi: "Mehrimlə bu layihəni bir aya yaxındır hazırlayırıq. Mən ona kliplə bağlı fikirlərimi deyəndə bir az çəkindi. Çəkiliş başlamamışdan öncə çox narahat idi. Lakin komandanın peşəkar işlədiyini və hər şeyin axarında getdiyini görən müğənni rahatlandı.
Klipə işləmək üçün istedadlı rəssam Aynur Əhmədovanı dəvət etdim. Mehrimin belində kobra rəsmini döydü. Məncə maraqlı iş alınıb. Klipi səbirsizliklə gözləyin. Klipə qara dərili oğlanlar cəlb edilib. Onlardan biri - Obioma məşhur repçi Tupaka (2Pac) oxşayır. Və onunla söhbət əsnasında doğurdan da Afrikada onu "Tupak" adlandırdıqlarını dedi." Klip Temp Productionun məhsuludur.
O.M.