Repçi Navaiyə qəzada sıradan çıxan “Ferrari”-si əvəzinə yeni maşın hədiyyə etmək istəyirlər

Repçi Navaiyə qəzada sıradan çıxan “Ferrari”-si əvəzinə yeni maşın hədiyyə etmək istəyirlər

15:35
Bəyəndim (0) Bəyənmədim (0)


Müğənni Navaiyə qəzada sıradan çıxan “Ferrari”-sinin əvəzinə yeni maşın hədiyyə etməyə hazırdırlar.
Moskvanın premium-klass avtosalonları, azərbaycanəsilli repçi Navaiyə (Navai Bəkirov-red.) qəzada sıradan çıxan maşınına analoji yeni “Ferrari” hədiyyə etmək istəyirlər. Oxuməni.az xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi salon nümayəndələrinə istinadən xəbər verib.
Mayın 5-də müğənni Moskvada qəzaya düşüb. Hadisə nəticəsində heç kim xəsarət almayıb.
"Biz Navai-yə yeni Ferrari hədiyyə etməyə hazırıq, istənilən modelini. O, istənilən vaxt bizə avtobusla gəlib maşınla gedə bilər. Lakin əsas şərt maşının bütöv olmasıdır. Yəni, o, bu maşını "çəkə" bilməlidir", - deyə avtosalonlardan birinin bəyanatında bildirilir.
Repçiyə yeni avtomobil hədiyyə etməyə hazır olan salonlar arasında Xamovniki və Tverskaya küçələrindəki dilerlər, həmçinin bəzi özəl şəxslər də var.
Almaz Həsənli