Arif Səlimovdan "Mələyim" gəlir
Sevilən bəstəkar-müğənnimiz Arif Səlimovu bir ilə yaxındır ki, mətbuatda görmürük. Nəhayət ki, onunla görüşüb sevdiyi və dəyər verdiyi Oxuməni.az-a yenilikləri ilə bağlı danışmağını xahiş etdik. Onun söylədikləri:
"Düzdür bir ilə yaxındır ki, bir az mətbuatdan uzağam. Oxuməni ailəsi hər zaman mənim yaradıcılığıma dəyər verərək uğurlarımı oxucuları ilə paylaşıb. Bir sənət adamı olaraq etiraf edim ki, mətbuatda ən çox müsahibə verdiyim Oxuməni.az olub. Həmişə daimi oxucusu olmuşam. Bir ilə yaxındır ki, sözləri Elnur Abbasova məxsus "Mələyim" adlı mahnı üzərində işləyirdim. Elnur bəyin şeirlər kitabı çıxmayıb, ancaq "Mələyim" adlı şeirini oxuyandan sonra qərara gəldim ki, həmin sözlərə bir mahnı bəstələyim. Sözlər ruhuma toxundu, məni duyğulandırdı və nəhayət mahnımız həyata vəsiqə aldı. Bəstəsi mənə məxsus mahnının oranjemanı Ağazaman Salam-Zadədir. Artıq mahnıya klip də çəkilib. Yaxın günlərdə tamaşaçılara təqdim edəcəyəm. Açıq etiraf edim ki, mahnı dəyərli Elnur Abbasovdan xəbərsiz bəstələnib. Yaxın günlərdə "Mələyim" adlı mahnını Dünya TV-nin "Kəndə gəl" verilişində ifa edəcəyəm. Sözlər mənalı, təsirli olanda bəstəkar daha gözəl mahnı təqdim edir. Əminəm ki, bu mahnı tamaşaçılar tərəfindən sevilən mahnılarımdan biri olacaq və xitə çevriləcək"
Biz də Oxuməni.az olaraq Arif bəyə və Elnur bəyə uğurlar arzulayırıq. Davamlı olsun!
Murad Şahməmmədov






































.jpg)
























































