Səhnə ulduzları Ben Ladendən danışdılar

Səhnə ulduzları Ben Ladendən danışdılar

4 May 2011 16:37
Bəyəndim (0) Bəyənmədim (0)


Usama Ben Ladenin ölüm xəbəri haqda bir çox insanlar öz fikirlərini bildiriblər. Bu xəbər həmçinin dünya ulduzlarından da yan keçməyib. Onların sosial şəbəkələrdə yer alan rəylərini sizə təqdim edirik.

Paris Hilton: Usama Ben Ladenin öldüyünü duyunca çox sevindim. Terrorun və şərin üzü idi. Dünya onsuz çox gözəldir.

Kim Kardaşyan: Ben Laden öldü! Prezident Obamanın açıqlamasını gözləyirəm.

Ladi Qaqa: "CNN"i izləyirəm. Nifrət və kin duyğusuna qarşı olan mübarizədə əla gündür.

Cim Kerri: Bu gecə nə isə olacağını hiss etmişdim. Ben Laden zamanı bitdi. Sırada nə var?

Arnold Şvartsnegger: Qadınlı, kişili bütün əsgərlərimizlə qürur duyuram.

Snup Doqq: Bu qəhrəman əsgərləri bir an öncə evə gətirin. Onlar bizim üçün vuruşdu, indi də biz onlar üçün vuruşaq.

Mayk Tayson: Obama Usamadan xilas oldu. İslamın prinsipləri sülh və sevgidir. Xahiş edirəm, Usamanı digər müsəlmanlarla qarışdırmayın.


Bu ulduzlar Ben Ladenin ulduzunun sönməsinə hamıdan çox sevinirlər.

Tofiq Əliyev

O.M.