Burak Kut Azərbaycanda keçiriləcək musiqi yarışmasında münsif olacaq
Müğənni Bakıdadır
Türkiyənin məşhur müğənnisi Burak Kut Bakıdadır. Dünən axşam saatlarında Bakıya gələn ifaçını hava limanında media işçiləri qarşılayıb. Burak Kut Azərbaycana səfərinin səbəbini jurnalistlərə belə şərh edib: "Mən birinci dəfə deyil ki, Azərbaycana gəlirəm. Bundan öncə də gəlmişəm, çox sevirəm buranı. Azərbaycanı özümə ikinci vətən hesab edirəm. Səfərimin səbəbi isə musiqi yarışmasında münsif kimi iştirak etməyimdir".
O.M.
Digər xəbərlər






























































































