Şəlalə Nəriman növbəti dəfə “İlin maqazin jurnalisti” oldu
Dünən "Rent Car Kral" şirkətinin sponsorluğu ilə Rəşid Behbudov adına Mahnı Teatrında "The Best of Star" mükafatlandırma mərasimi keçirilib. "Show production" tərəfindən keçirilən təqdimetmə mərasimində şou-biznesin məşhur simaları, modellər, stilistlər və jurnalistlər də yer alıb.
Nadir Qafarzadə "İlin ən yaradıcı müğənnisi", Vüqar Camalzadə "İlin bəstəkarı", Sevda Yahyayeva "İlin uğurlu layihəsi", Samir Piriyev "İlin sevilən müğənnisi", "Onlar" verilişinin aparıcısı Afaq Gəncəli "İlin maraqlı şou biznes proqramı", Yaşar Yusub "İlin hit mahnısı", "ATV maqazin" "İlin ən qocaman maqazin verilişi", Elnur "İlin sevilən müğənnisi", Abbas Bağırov "İl ərzində yaradıcılıq layihələrinə görə", Murad Sadıq "İlin əzmkar müğənnisi", Yaşar Cəlilov "İlin sevilən müğənnisi", Novruz Məmmədov "İlin zəhmətkeş aparıcısı", Alovlu Ülviyyə "İlin nəğməkar şairi", İlahə Nizamiqızı "İlin çalışqan aparıcısı" nominasiyasına layiq görülüblər.
Bununla yanaşı stilistlər Anar Ağakişiyev, Pərviz Mirzəyev, informasiya saytları "Trend", "Bizimbaku.ws", "Bakuinfo" da mükafatlandırılıblar.
"İlin ən maraqlı layihəsi və klipmeykeri" isə Zöhrab Ağayev seçilib.
Xalq artisti İlhamə Quliyeva da mükafat alanlar siyahısında olsa da, səhhətində problem yarandığı üçün gecəyə qatıla bilməyib.
"Atv Maqazin" jurnalının əməkdaşı Zəhra Əhmədova isə "İlin ən operativ jurnalisti" nominasiyasını alıb.
Əməkdaşımız, "Oxu Məni" qəzetinin və eyniadlı saytın mədəniyyət şöbəsinin müdiri Şəlalə Nəriman "İlin maqazin jurnalisti" adına layiq görülüb. Eyni nominasiyada jurnalist Fuad Mədətov və "Anspress" saytının əməkdaşı Zülfiyyə Qurbanova da mükafatlandırılıblar.
O.M.













































































.jpg)
.jpg)
.jpg)














