O, rəqqasə Sevdanın oxumağını tənqid etdi
Elnarə Abdullayeva rəqqasə Sevda Sanəliyevanı canlı yayımda tənqid edib. ANS-in "Günəbaxan" verilişinin bugünkü canlı yayımının sonları maraqlı hadisə ilə yadda qalıb. Toylar kralı Manaf Ağayev, xanəndə Elnarə Abdullayeva və Əjdaha ləqəbli Nadir Qafarzadə birlikdə muğam ifa etməyə başlayıblar. Buna qədər E.Abdullayeva maraqlı bir xatirəsini tamaşaçılarla bölüşüb. O, verilişlərin birində müğənniliyə başlayan rəqqasə haqda tənqidi fikirlərini səsləndirdiyini bildirib: "Rəqqasə oxuyandan sonra aparıcı məndən soruşdu ki, necədir? Dedim ki, pis deyil, yaxşıdır. Daha nə deyim, oxumaq istəyir, oxuyur da. Oxumaq istəməsinə yaxşı dedim, oxumağına yox. Sonra aparıcı bir də soruşdu ki, bəs necə oxudu? Yalan desəm, məni qınayardılar. Dedim ki, mən rəqs eləsəm necə alınarsa, o da elə oxudu. Düz danışdığıma görə məndən incidi", - deyən Elnarə Abdullayeva söhbətin hansı rəqqasədən getdiyini bildirməsə də, atmacasına ara vermədi: "Həmin xanım deyir ki, 5 ildir peşəkar səhnədəyəm, mahnı oxuyuram. Mən özüm 9 ildir səhnədəyəm, hələ də öyrənirəm". Nadir Qafarzadə xanəndə xanımın çəkdiyi məsəldən narahatlıq keçirsə də, özünü o yerə qoymadı və muğama bələd olduğunu ifası ilə sübut etməyə çalışdı. Doğrudur, N.Qadarzadənin ifası zamanı E.Abdullayeva onun ünvanına tənqidi fikirlər söyləmədi, lakin vəsfedici sözlər də işlətmədi. Sadəcə Nadirin təcrübəli müğənni olduğunu deməklə kifayətləndi. Əvəzində digər həmkarı Manaf Ağayevin ifasını sürəkli alqışlarla qarşıladı.
Hər bir müğənni boğazdan yuxarı oxuyur, ancaq əsil sənətkar ürəkdən ifa edir.
Şəlalə Nəriman
O.M.










































.jpg)




















































