26 mərtəbəli binada yanğın olub

26 mərtəbəli binada yanğın olub

22 İyun 18:27
Bəyəndim (0) Bəyənmədim (0)

Qazaxıstanın paytaxtı Astanada 26 mərtəbəli binanın çöl hissəsi yanıb, 8 nəfər təxliyə edilib. Alov yanğınsöndürənlərin müdaxiləsi ilə söndürülüb.

Əraziyə yanğınsöndürmə briqadası və polis qrupları göndərilib. Binadan 1-i uşaq olmaqla 8 nəfər təxliyə edilib. Qazaxıstan Fövqəladə Hallar Nazirliyi ölən və yaralananların olmadığını açıqlayıb. Yanğın nəzarətə götürülərək 70-dən çox yanğınsöndürənin səyi nəticəsində söndürülüb.

Oxuməni.az